Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda kənd təsərrüfatının bütün sahələri, o cümlədən əkinçilik üzrə inkişaf diqqət çəkir

31 may 2025 | 09:52

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Gülməmmədli kəndində 25 hektar sahədə becərilən günəbaxan sahəsinə baxış keçirdi, adı çəkilən bitkinin becərilməsi məqsədi ilə həyata keçirilən aqrotexniki qulluq işləri ilə yerində maraqlandı. Goranboyda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatında əkinçilik və heyvandarlıq xüsusi yer tutur. Əkinçilikdə taxılçılıq, pambıqçılıq, tütünçülük və digər aparıcı sahələrlə yanaşı günəbaxan bitkisinin becərilməsi və tədarükü də diqqət çəkir. Ümumilikdə rayon üzrə cari məhsul ilində 2089,2 ha günəbaxan əkilmişdir.

Keçidlər