Goranboyda Kəlbəcər rayonundan olan Vətən müharibəsi Şəhidimiz Muxtarov Taleh Həşim oğlunun ildönümündə xatirəsi anıldı.
09 oktyabr 2021 | 01:22
Goranboy rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimai fəallar, Şəhid ailələri və Qazilər Xan Qərvənd kəndində Kəlbəcər rayon sakini, Goranboy rayonunda müvəqqəti məskunlaşmış Vətən müharibəsi Şəhidi Muxtarov Taleh Həşim oğlunun ildönümü ilə bağlı, məzarını ziyarət etdilər, ruhuna dualar oxudular, əziz xatirəsini andılar.