Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda «Kaskad-Agro» MMC-nin istixanası uğurla fəaliyət göstərir.

29 may 2023 | 10:33

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Regionlara investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması” barədə tapşırığına uyğun olaraq yaradılmış,  Goranboy rayonu Qızılhacılı qəsəbəsi ərazisində fəaliyyət göstərən  «Kaskad -Agro» MMC-yə məxsus İstixananın ümumi sahəsi 5 hektardır. İstixanaya 8,5 milyon manata yaxın vəsait xərclənmiş, 80 nəfər işlə təmin edilmişdir. İllik istehsal gücü 2000 ton olan İstixana, məhsullarını, əsasən xarici, qismən də daxili bazara çıxarır. Burada yetişdirilən məhsullar ekoloji təmizdir, müasir intensiv texnologiyalarla təchiz edilmişdir.

Goranboy rayon İcra hakimiyyətinin başçısı  Məhərrəm Quliyev  «Kaskad -Agro» MMC-yə məxsus istixananın hazırkı istehsal prosesi ilə yerində tanış oldu.

Keçidlər