Goranboyda inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə hesabat iclasları davam etdirilir
Xan Qərvənd, Qızılhacılı, Dəyirmanlar, Yolpaq, Nizami, Balakürd, Xoylu, Şadılı, Yolqulular, Qaradağlı, Qaramusalı, Qırıqlı, Hazırəhmədli, Muzdurlar, Quşçular, Fəxralı və Alpoud inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə 2025-ci il ərzində görülmüş işlər, mövcud problemlər və cari ildə qarşıda duran vəzifələr barədə keçirilən hesabat iclaslarında, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, yerli bələdiyyə, ərazidə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etdilər. İclasda, ilk olaraq, 2025-ci il ərzində rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində görülmüş işlər barədə rayon İcra Hakimiyyətinin məsul əməkdaşının çıxışı və inzibati ərazi dairəsi üzrə nümayəndələrin hesabat məruzələri edildi. Sonra hesabat məruzəsi ətrafında sakinlərinin fikirləri, həlli vacib problemlər və təkliflər dinlənildi. İcra nümayəndəliyi ilə yerli bələdiyyənin əlaqəli fəaliyyətinin ərazinin sosial-iqtisadi inkişafının təmin olunmasında məqsədyönlü olduğu diqqətə çatdırıldı və müsbət qiymətləndirildi.








