Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda inzibati ərazi dairələri üzrə nümayəndələrin hesabat məruzləri dinlənildi

23 yanvar 2025 | 12:15

Səfikürd və Balakürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə 2024-cü il ərzində görülmüş işlər, mövcud problemlər və cari ildə qarşıda duran vəzifələr barədə keçirilən hesabat iclaslarında, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, yerli bələdiyyə, ərazidə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər. İclasda, ilk olaraq, 2024-cü il ərzində rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində görülmüş işlər barədə rayon İcra Hakimiyyətinin məsul əməkdaşının çıxışı, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin hesabat məruzələri, sonra hesabat məruzəsi ətrafında kənd sakinlərinin fikirləri, əsas həlli vacib problemlər və təkliflər dinlənildi.

Keçidlər