Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda intensiv yağışlar nəticəsində yaranan sel sularının geniş miqyasda ərazilərə dolmasının və baş verə biləcək fəsadların qarşısının alınması istiqamətində operativ işlər aparılır

16 aprel 2025 | 17:00

15-16 aprel 2025-ci il tarixlərdə, Goranboy rayonu ərazisində intensiv yağışlar nəticəsində çaylarda suyun səviyyəsi nisbətən artmış, rayonun bəzi yaşayış məntəqələrində, o cümlədən Tap Qaraqoyunlu kəndində kənddaxili küçələrə, bir neçə fərdi təsərrüfata, Goranlı və Qazançı kəndlərinə gedən əsas avtomobil yoluna su dolmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Tap Qaraqoyunlu kəndində mövcud vəziyyətlə yerində maraqlanmış, RİH yanında Fövqəladə Hallar Komissiyası ərazilərə baxış keçirmiş, Suvarma Sistemlərinin İstismarı İdarəsinin texnikaları ərazilərə cəlb olunaraq sel sularının geniş miqyasda ərazilərə dolmasının qarşısının alınması və baş verə biləcək fəsadların aradan qaldırılması istiqamətində operativ işlər aparılmışdır. Qeyri sabit hava şəraiti davam edir.

Keçidlər