Goranboyda intensiv meyvə bağlarının genişləndirilməsi istiqamətində maarifləndirici görüş keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Goranboy rayonunun Xan Qərvənd kəndində intensiv meyvə bağlarının sahəsinin genişləndirilməsi istiqamətində fermerlər və torpaq mülkiyyətçiləri ilə maarifləndirici görüş keçirildi. Görüşdə intensiv meyvəçiliyin üstünlükləri, müasir becərmə texnologiyalarının tətbiqi, damcı suvarma sistemlərinin əhəmiyyəti, sertifikatlaşdırılmış tinglərdən istifadə, eləcə də dövlət tərəfindən aqrar sahəyə göstərilən dəstək mexanizmləri barədə iştirakçılara ətraflı məlumat verilərək intensiv meyvə bağlarının salınmasının məhsuldarlığın artırılmasına, kənd təsərrüfatı məhsullarının həcminin yüksəldilməsinə, yeni məşğulluq imkanlarının yaradılmasına və fermerlərin gəlirlərinin artmasına mühüm töhfə verəcəyi vurğulandı. Tədbirin sonunda iştirakçılarının sualları cavablandırılaraq onlara müvafiq tövsiyələr verildi.








