Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda intellektual bilik yarışması üzrə rayon birinciliyinin final mərhələsi keçirildi.

22 fevral 2024 | 15:07

Goranboy rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy Gənclər Evi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin VII-VIII sinif şagirdlərindən ibarət komandalar arasında “Xocalı Soyqırımı” qurbanlarının əziz xatirəsinə həsr olunmuş  “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışması üzrə Goranboy rayon birinciliyinin final mərhələsi keçirildi. İntellektual bilik yarışmasında I yeri -Xanqərvənd kənd tam orta məktəbinin "Zəfər Yolu" komandası, II yer - Qızılhacılı qəsəbə 2 nömrəli tam orta məktəbin "Turan" komandası, III yeri   Məşədiqaralar kənd tam orta məktəbin "Dəmir Yumruq" komandası qalib oldular. Qalib komandalar kubok   və diplomlarla təltif olundular.

Keçidlər