Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “İnsan hüquq və azadlıqlarının təminatı dövlət siyasətinin əsas prioritetidir” mövzusunda tədbir keçirildi

20 may 2026 | 12:30

Goranboy rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) Gəncə Regional Mərkəzinin  birgə təşkilatçılığı, rayon Prokurorluğunun, rayon Polis şöbəsinin, rayon Qeydiyyat şöbəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət mərkəzinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayon Gənclər və İdman Sektorunun, Goranboy rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin və Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşlarının iştirakçılığı ilə Goranboy rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “18 may-18 iyun - İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquq və azadlıqlarının təminatı dövlət siyasətinin əsas prioritetidir” mövzusunda tədbir keçirildi. Tədbirdə insan hüquq və azadlıqları və qorunması, qanunun aliliyinin təmin olunması, vətəndaşların sosial rifahının yüksəldilməsi və dövlət tərəfindən həyata keçirilən hüquqi islahatlar barədə ətraflı məlumatlar verildi.

Keçidlər