Goranboyda “İnsan hüquq və azadlıqlarının təminatı dövlət siyasətinin əsas prioritetidir” mövzusunda dəyirmi masa keçirildi.
04 iyun 2022 | 14:22
Goranboy rayon İcra Hakimiyyətinin “18 may-18 iyun - İnsan Hüquqları Aylığı” ilə bağlı tərtib edilmiş tədbirlər planına əsasən, Goranboy rayon İcra Hakimiyyəti və İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) Gəncə Regional Mərkəzi ilə birgə, Goranboy rayon Uşaq və Ailələrə Dəstək mərkəzində, “İnsan hüquq və azadlıqlarının təminatı dövlət siyasətinin əsas prioritetidir” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ziya Aslanov, Ombudsman Gəncə Regional Mərkəzinin rəhbəri Səbulhi Abbasov, Uşaq və Ailələrə Dəstək mərkəzin və digər aidiyyəti təşkilatların əməkdaşları iştirak etdilər.