Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda "İlham Əliyev - Müasir Lider, Suveren Azərbaycan" mövzusunda tədbir keçirildi

24 dekabr 2025 | 17:38

Goranboyda Goranboy RİH və YAP Goranboy rayon təşkilatının təşkilatçılığı ilə rayon Olimpiya İdman Kompleksində  "İlham Əliyev - Müasir Lider, Suveren Azərbaycan" mövzusunda tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, YAP rayon təşkilatının sədri Samir Qocayev, partiya fəalları, gənclər və bir qrup Vətən müharibəsi qaziləri iştirak etdilər. Tədbirdən əvvəl rayon Olimpiya İdman Kompleksinin həyətində keçirilən ağacəkmə akaiyasında 100 ədəd müxtəlif növdə Şam ağacları əkildi. Çıxışlarda  Prezident İlham Əliyevin, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın quruculuq və intibah salnaməsinə misilsiz uğurlar yazan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə tarixinin ən qüdrətli mərhələsinə çatdıran, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda gördüyü işlərdən geniş söhbət açıldı.Səmimi keçən görüşdə gənclər, Vətən müharibəsi qaziləri, Şəhid anası Nailə Namazova Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin fəaliyyətinə nəzər yetirərək bildirdilər ki, məhz onun dövründə yetişən gənclik, Müzəffər Ordu dünya tarixində ilkə imza ataraq 44 gün və 24 saat müddətində 30 illik işğala son qoyaraq suverenliyimizi bərpa etdi. Hazırda cənab İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış proqramının 1-ci mərhələsi uğurla icra edilir.Sonda bir qrup Vətən müharibəsi qaziləri partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə Təşəkkürnamə ilə təltif olunmuş, YAP sıralarına yeni qəbul olmuş şəxslərə üzvlük vəsiqələri təqdim edildi.

Keçidlər