Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda iftar süfrəsi təşkil olundu.

05 aprel 2024 | 09:30

Ruzi-bərəkət, dostluq, qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin və dini-mənəvi birliyin möhkəmləndirilməsinə  xidmət edən mübarək bayramdır. Mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət-din arasında sıx birliyin bariz nümunəsidir. Bu məqsədlə, Goranboyda  rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Milli Məclisin deputatı Ağalar Vəliyevin  dəstəyi ilə, iftar süfrəsi təşkil edildi. İftar mərasimində “Qurani-Kərim”dən ayələr oxundu, Ramazan ayının fəzilətləri barədə söhbət açıldı,  xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edildi. Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının əziz xatirələri 1 dəqiqəlik sükutla anıldı, ruhlarına dualar oxundu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi  və birinci vitse-prezident  Mehriban xanım Əliyevanın dəstəyi ilə ölkəmizdə görülən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, bütün dünyaya nümunə olacaq tolerantlıq mühitindən, Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, imzalanan Fərman və Sərəncamlardan söz açıldı. İftar süfrəsində din xadimləri, şəhid ailələri, qazilər, Milli Məclisin deputatı Ağalar Vəliyev, rayon İcra Hakimiyyətinin başçısının  birinci müavini Seymur Nazarov və  rayonun digər rəhbər şəxsləri  iştirak etdilər.

Keçidlər