Goranboyda iftar süfrəsi açıldı.
Ruzi-bərəkət, həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin və dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən mübarək bayramdır. Mübarək Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsi cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət-din arasında sıx birliyin bariz nümunəsidir. Bu məqsədlə, Goranboy rayonunda rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Milli Məclisin deputatı Ağalar Vəliyevin dəstəyi ilə, iftar süfrəsi təşkil edildi. İftar mərasimində “Qurani-Kərim”dən ayələr oxundu, Ramazan ayının fəzilətləri barədə söhbət açıldı, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edildi. Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının ruhlarına dualar oxundu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə ölkəmizdə görülən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan, dini mərasimlərin keçirilməsinə yaradılan şəraitdən, bütün dünyaya nümunə olacaq tolerantlıq mühitindən, Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan, eləcə də aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, imzalanan Fərman və Sərəncamlardan söz açıldı.
İftar süfrəsində din xadimləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin bir qrup fəalları, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Ağalar Vəliyev və rayonun digər rəhbər şəxsləri iştirak etdilər.