Goranboyda idmanın, o cümlədən ağır atletika növünün inkişafı ilə bağlı əsaslı tədbirlər həyata keçirilir.
26 sentyabr 2022 | 09:19
Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Gənclər və İdman naziri Fərid Qayıbov, AAF-nın vitse-prezidenti Azər Əliyev, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Olimpiya İdman Kompleksində məşqçilər və idmançılarla görüşdülər, ağır atletika idman növünün, həmçinin müxtəlif növlər üzrə idmanın inkişafı, fəaliyyət göstərən məktəblərin maddi-texniki bazasının müasirləşdirilməsi və genişləndirilməsi ilə bağlı aidiyyəti mütəxəssislərlə birgə müzakirələr aparıldı.