Goranboyda “İctimai Şura” nın yeni tərkibdə ilk iclası keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, müxtəlif sahələrdə mövcud problemlərin araşdırılmasında və təkliflərin hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakı ilə bağlı müvafiq tapşırıq və tövsiyyələrini vermişdir. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-İVQ nömrəli Qanununda mərkəzi və yerli icra hakimiyyəti, habelə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti təşkil etmək üçün qurumların nəzdində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçki nümayəndələrindən ibarət ictimai şuraların yaradılması mexanizmi təsbit edilmişdir.
Bu məqsədlə, rayonun ağsaqqal, ziyalı və ictimai fəallarının birgə iştirakı ilə “İctimai Şura” nın yeni tərkibdə ilk iclası keçirildi. İclasda, müvafiq seçki əsasında, Şuraya yeni sədr, müavin və katibin seçilməsi məsələsi və şuranın gələcək fəaliyyət istiqamətləri müzakirə edildi, şura üzvlərinin yekdil qərarı ilə yeni sədr, müavin və katib seçildi. Tədbirdə iştirak edən rayon ictimaiyyətinin fəalları dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, müxtəlif sahələrdə mövcud problemlərin, xüsusən də vətəndaş müraciətlərinin araşdırılmasında və təkliflərin hazırlanmasında “İctimai Şura” nın fəaliyyətinin məqsədəmüvafiq olduğunu, idarəetmə və digər sahələrdə şəffaflıq və dürüstlüyün təmin olunması baxımından əhəmiyyətini vurğuladılar.