Goranboyda, İcra Başçısının səyyar qəbulları zamanı edilən müraciətlər yerində araşdırılır və həll istiqamətində əməli tədbirlər görülür.
13 may 2024 | 11:08
Goranboy rayon İcra Hakimiyyəti başçısının Rəhimli kəndində keçirilən səyyar qəbulu zamanı vətəndaşlar, kənd ərazisindən keçən sel arxının lill və kol-kosdan təmizlənməsi ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi barədə xahiş etmişdilər. RİH-nin müraciəti əsasında Suvarma sistemləri idarəsi tərəfindən ağır texnika cəlb olunaraq problemin həlli üçün işlər həyata keçirilmişdir.