Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda icra başçısı yarasız vəziyyətdə olan körpüyə baxış keçirdi

25 may 2026 | 17:50
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Zeyvə kəndində keçirilən səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ həlli məqsədilə ərazidə yerində baxışlar keçirdi. Qəbul zamanı kənd sakinləri tərəfindən kənddaxili nəqliyyat və piyadaların hərəkəti üçün əhəmiyyət kəsb edən körpünün təmirə ehtiyacı olduğu diqqətə çatdırıldı. Müraciətlə əlaqədar rayon rəhbəri aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə sözügedən körpüyə baxış keçirdi, mövcud vəziyyətlə yerində tanış oldu. Baxış zamanı körpünün texniki vəziyyəti, istismar imkanları, hərəkətin təhlükəsizliyi, eləcə də aparılması zəruri olan təmir-bərpa işləri ətraflı şəkildə müzakirə edildi. Bildirildi ki, kənd sakinlərinin rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və mövcud problemlərin aradan qaldırılması rayon rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır.
İcra başçısı məsələnin aidiyyəti üzrə araşdırılması, körpünün təmirinin mümkün olan ən qısa müddətdə həyata keçirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara tapşırıqlar verdi, layihə-smeta sənədlərinin hazırlanması və zəruri təşkilati məsələlərin həlli ilə bağlı müvafiq tövsiyələrini bildirdi.
İcra başçısının ötən qəbulunda çayın daşaraq evi üçün təhlükə yaratdığını bildirən Adgözəlov Lütfü Halay oğlu müraciəti əsasında çay sahilində aparılmış bənd-bərkitmə işlərinə görə təşəkkürünü bildirdi.
Keçidlər