Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda İcra Başçısı yanında Şuranın növbəti iclası keçirildi.

11 oktyabr 2024 | 15:40

Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə  Başçı yanında Şuranın növbəti iclası keçirildi.  İclasda rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak etdilər.  Şurada,  “Cari ilin 9 ayı ərzində Goranboy rayonunun  sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələrində görülmüş işlər barədə”, “Şəhid ailələri və qazilərlə yerlərdə keçirilən silsilə görüşlərin təhlili barədə”, “Rayon ərazisində magistral avtomobil yolları və əsas turizm marşurutları üzrə aparılan abadlıq işləri və qanunsuz tikililərin qarşısının mövcud qanunvericiliyin tələblərinə əsasən, alınması barədə”, “Vətəndaş müraciətlərinə baxılması barədə”, “Rayonun xidmət sahələrində qışa hazırlığın vəziyyəti barədə” və  rayonun həlli vacib digər məsələləri geniş müzakirə edildi.  Nəzərdə tutulan məsələlərin icrasını təmin etmək məqsədi ilə əlavə Tədbirlər Planının  tərtib edilməsi, işlərin Tədbirlər Planına uyğun operativ həyata keçirilməsi və icra vəziyyəti barədə rəhbərliyə müntəzəm hesabat və məlumatların verilməsinin təmin edilməsi ilə bağlı, İcra Başçısı tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verildi.

 

Keçidlər