Goranboyda İcra Başçısı yanında Şuranın növbəti iclası keçirildi.
Goranboy rayon İcra Hakimiyyətində, “ 2024-cü ilin I rübü ərzində rayonun sosial-iqtisadi inkişafı, ictimai-siyasi və mədəni sahəsində görülmüş işlər və bu sahədə verilmiş tapşırıqların icra vəziyyəti barədə”, icra başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə Şuranın növbəti iclası keçirildi. İclasda Şuranın üzvləri, rayonun xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak etdilər. Şurada, Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamlarının icra vəziyyəti, “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı silsilə tədbirlərin təşkili, rayonun sosial-iqtisadi və ictimai siyasi həyatında əldə olunmuş nailiyyətlər, qanunsuz tikintilərin qarşısının alınması ilə əlaqədar görülən tədbirlər, Şəhid ailələri və qazilərlə aparılan işlər, Dövlət və Bələdiyyə mülkiyyətinə aid torpaqlardan istifadə vəziyyəti və rayonun digər həlli vacib məsələləri geniş müzakirə edildi. Nəzərdə tutulan məsələlərin icrasını təmin etmək məqsədi ilə əlavə Tədbirlər Planının tərtib edilməsi, Tədbirlər Planına uyğun işlərin operativ həyata keçirilməsi və icra vəziyyəti barədə rəhbərliyə müntəzəm hesabat və məlumatların verilməsinin təmin edilməsi ilə bağlı, İcra Başçısı tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verildi.