Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda İcra Başçısı, vətəndaşların rayon İcra Hakimiyyətinə ünvanladıqları müraciətləri əsasında, Qarapirimli və Gülməmmədli kəndlərində oldu.

03 iyun 2024 | 15:25

Qırıqlı və Qarapirimli kəndlərini birləşdirən çayın üzərində  körpünun salınması ilə bağlı, sakinlərin rayon İcra Hakimiyyətinə ünvanladıqları müraciətləri əsasında,  rayon İcra Hakimiyyətinin  başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, əraziyə yerində  baxış keçirdi. Bununla bağlı,  Azəravtoyola müraciət olunmuş,  təkrar müraciət olunması üçün aidiiyyəti üzrə tapşırıqlar verildi.  İcra Başçısı bununla yanaşı, Gülməmmədli kəndində, 1970-ci illərdən salınmış  “Xan bağı”  adlanan bağ sahəsində də oldu. İcra Başçısı bağın yenidən bərpası, inkişafı və genişləndirilməsi üçün,  müxtəlif növ yeni ağacların əkilməsinin və səmərəli suvarmanın təmin edilməsi ilə bağlı, müzakirələr apardı, bu istiqamətdə tapşırıq və tövsiyyələrini bildirdi.

 

Keçidlər