Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda İcra Başçısı vətəndaşın müraciətini yerində araşdırdı.

15 avqust 2022 | 14:36

44 Günlük Vətən Müharibəsi zamanı erməni silahlı birləşmələrinin atdığı artileriya atəşləri ilə əraziyə düşən mərmilərin partlaması nəticəsində Goranboy rayonunun bir neçə yaşayış məntəqəsində fərdi yaşayış evlərinə və sosial obyektlərə ziyan dəymişdir. Bununla bağlı, aidiyyəti dövlət qurumlarının iştirakı ilə  yaradılmış müvafiq Komissiya tərəfindən yerlərdə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə monitorinqlər aparılmış,aktlar tərtib edilmişdir. Monitorinqlər zamanı Tap kənd sakini  Aslanova İradə Boran qızının da  fərdi yaşayış evinə ciddi ziyan dəyməsi Komissiya tərəfindən müəyyən edilmiş və yeni fərdi yaşayış evi inşa edilmişdir. Lakin vətəndaş İradə Aslanova ona inşa edilmiş yaşayış evinin otaq sayının layihədə nəzərdə tutulduğundan az olması barədə şikayət edir.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə,  Tap kənd sakini Aslanova İradə Boran qızının müracətini  yerində araşdırdı, problemləri ilə maraqlandı.

Keçidlər