Goranboyda İcra Başçısı və Deputat vətəndaşları qəbul etdi.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Goranboy Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edib, onların problem və müraciətlərini dinlədilər.
Qəbul zamanı, vətəndaşlar tərəfindən edilən müraciətlərdən rayon İcra Hakimiyyətinin və Milli Məclisin deputatının səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verildi. Digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlanması məqsədəmüvafiq hesab edildi.