Goranboyda İcra Başçısı və deputat şəhid atasını evində ziyarət etdilər
29 dekabr 2024 | 11:02
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, YAP rayon təşkilatının sədri Samir Qocayev və bir qrup ictimai fəallarla birgə, Əlirzalı kəndindən Vətən Müharibəsi şəhidi Əzim Şahmalıyevin atası Namiq Şahmalıyevi evində ziyarət etdilər, şəhid ailəsinə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni ilin-2025-ci ilin gəlişi münasibəti ilə təbriklərini çatdırdılar.