Goranboyda İcra Başçısı və Deputat Olimpiya İdman Kompleksində mövcud şəraitlə maraqlandılar.
16 dekabr 2022 | 10:55
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və 96 saylı seçki dairəsindən Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayon Olimpiya İdman Kompleksində oldular. İcra Başçısı və Deputat burada yaradılmış mövcud şəraitlə bir daha maraqlandılar, idmanın müxtəlif, o cümlədən ağır atletika, güləş, üzgüçülük, gimnastika, stolüstü tennis və digər növləri üzrə inkişafının daha gücləndirilməsi və Olimpiya Kompleksinin fəaliyyət imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr aparıldı.