Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda İcra Başçısı və Deputat idman ictimaiyyəti ilə görüşdülər.

06 iyun 2022 | 14:29

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə, son illər ölkəmizin idman infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən bazanın yaradılması istiqamətində əsaslı işlər görülüb. Olimpiya İdman komplekslərinin yaradılması regionlarda idmanın kütləviliyinin təmin edilməsində, bölgələrdə yaşayan gənclərin sağlam həyat tərzi keçirməsində, gələcək idmançıların yetişdirilməsində mühüm rol oynayır. Goranboy Olimpiya İdman Kompleksi modern memarlıq üslubunda layihələndirilib və tikinti işləri qrafikə və tikinti norma və qaydalarına uyğun olaraq yüksək keyfiyyətlə və sürətlə həyata keçirilib. Kompleksin ərazisi 2,8 hektar, tikintialtı sahəsi 5900 kvadratmetr, ümumi sahəsi 9137 kvadratmetrdir. Kompleksdə 1100 tamaşaçı tribunası olan basketbol, voleybol, həndbol, mini-futbol yarışlarının keçirilməsi üçün universal idman stadionu tikilib. Burada, həmçinin üzgüçülük, güləş, boks, trenajor, şahmat, konfrans zalları, yeməkxana, inzibati otaqları, eyni zamanda, baş plana əsasən ərazidə üçmərtəbəli 45 çarpayı yerlik mehmanxana və uşaqlar üçün meydança da inşa edilib. Kompleksdə layihə üzrə avtonom qazanxana, transformator yarımstansiyası, yeraltı su anbarları və digər köməkçi sahələr də inşa olunacaq, fasiləsiz elektrik, su, qaz təchizatı məqsədilə buraya müvafiq kommunikasiya xətləri çəkilib, ərazidə abadlıq, yaşıllaşdırma işləri həyata keçirilib, müasir havalandırma, isitmə, soyutma və digər sistemlərlə təchiz edilib. İdman qurğusundan fiziki imkanları məhdud tamaşaçıların və idmançıların tam və təhlükəsiz istifadə etmələri üçün hər cür şərait yaradılıb.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov növbəti dəfə Olimpiya İdman Kompleksində oldular, idman ictimaiyyəti ilə görüşdülər, burada mövcud potensial imkanlardan əlverişli istifadə etməklə rayonda idmanın hərtərfli inkişafını sürətləndirmək məqsədi ilə geniş müzakirələr aparıldı.

Keçidlər