Goranboyda İcra Başçısı və deputat hərbi xidməti zamanı itkin düşmüş hərbi qulluqçunun ailəsini ziyarət etdilər.
25 aprel 2022 | 10:47
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov rayonun digər rəhbər şəxsləri və bir qrup ictimai fəallarla birgə, rayonunun Qaradağlı kəndindən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən zaman hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşmüş əsgər Abdullayev Firdovsi Mais oğlunun ailəsini ziyarət etdilər.