Goranboyda İcra Başçısı səyyar qəbul zamanı vətəndaşlar tərəfindən ünvanlanan müraciətlərin yerində araşdırılması məqsədi ilə Zeyvə kəndində oldu.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti xidmət sahələrinin rəhbərləri və digər məsul şəxslərlə birgə, təbii fəlakət zamanı selin yaratdığı fəsadlarla bağlı, səyyar qəbul zamanı vətəndaşlar tərəfindən ünvanlanan müraciətlərin yerində araşdırılması məqsədi ilə Zeyvə kəndinin ərazisindən keçən Qaraçay çayı yatağı boyunca yerləşən fərdi təsərrüfatlara baş çəkdi, mövcud vəziyyətlə yerində tanış oldu. İcra Başçısı, sel zamanı ətrafda yerləşən fərdi yaşayış evlərinə, həyatyanı və əkin sahələrinə gələcəkdə ehtimal oluna biləcək təhlükələrin əvvəlcədən qarşısının alınması, sakinlərin çay üzərində hərəkətini təmin edən mövcud körpünün yenidən və əsaslı qurulması, bu məqsədlə lazımi tədbirlərin görülməsi ilə bağlı, bir qrup kənd sakinlərinin də iştirakı ilə müzakirələr apardı. Qeyd olunan məsələlərlə bağlı, müvafiq tapşırıq və tövsiyyələr verildi.