Goranboyda İcra Başçısı səyyar qəbul zamanı ünvanlanan vətəndaş müraciətlərini yerində araşdırmaq məqsədi ilə Sarovlu kənd ümumi orta məktəbində oldu.
Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev Sarovlu kəndində keçirdiyi vətəndaşların səyyar qəbulu zamanı, Sarovlu kənd ümumi orta məktəbinin yaxın ərazisindən keçən Şəmkir Maşın Su Kanalının məktəblilərin həyatı üçün təhlükəli yaratdığını və bunun qarşısının alınması məqsədi ilə uyğun mühafizə hasarının çəkilməsi ilə bağlı, sakinlərin etdikləri müraciətlərin yerində araşdırılması ilə bağlı, rayonun digər rəhbər şəxsləri ilə birgə, Sarovlu kənd ümumi orta məktəbində oldu. İcra Başçısı, məktəblilərin həyatı üçün təhlükəli vəziyyətin qarşısının alınması məqsədi ilə Kanalının ətrafına uyğun mühafizə hasarının çəkilməsi ilə bağlı, aidiyyəti məsul şəxslərlə müzakirələr apardı, bu məqsədlə müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.