Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda icra başçısı selin fəsad törətdiyi Azad kəndində oldu, vətəndaşlarla görüşdü, mövcud problemlərlə yerində maraqlandı.

01 iyul 2023 | 10:38

30.06.2023-cü il  tarixdə, axşam saatlarında Goranboy rayonu  ərazisində leysan yağışları nəticəsində yaranan  sel  suları rayonun  Nizami kəndində 35,0 ha,  Dəyirmanlar  kəndində 15,0 ha  əkin sahələrinə və 57 ev təsərrüfatı olan Azad  kəndinin  bütün həyətyanı  və  20,0 ha əkin sahəsinə,  110 şagird yerlik  Dəyirmanlar kənd  tam orta  məktəbinin binasına  ziyan vurmuşdur.   Azad  kəndi, bütünlüklə  sel altında qalmış, Kürəkçay, Gorançay  və  Qaraçay çaylarında  suyun  səviyyəsi  xeyli artmışdır.

Bununla bağlı, rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası gecə saatlarından ərazidə olmuş, müvafiq texnikaları əraziyə cəlb etməklə fəsadların aradan qaldırılması istiqamətində operativ olaraq  zəruri tədbirlər görülmüşdür.

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, selin daha çox ziyan vurduğu Azad kəndində oldu, vətəndaşlarla görüşdü, mövcud problemlərlə yerində maraqlandı.

Keçidlər