Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda İcra Başçısı şəhid övladının son zəng tədbirində iştirak etdi.

14 iyun 2023 | 12:34

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, təhsil işçiləri, şəhid ailələri, qazilər, şagirdlər, müəllimlər və valideynlərin iştirakı ilə Qarqucaq kənd tam orta məktəbində keçirilən son zəng tədbirində iştirak etdi. Tədbirdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə təhsilin səviyyəsinin artırılması, yeni məktəblərin tikintisi və əsaslı təmiri, təhsil müəssisələrinin maddi-texniki bazasının daha da yaxşılaşdırılması və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində gördüyü işlər, bu sahəyə göstərilən xüsusi diqqət və qayğı barədə danışan İcra Başçısı, məktəblərimizdə vətənpərvər övladların yetişdiyini, doğma torpaqlarımızın Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun, vətənpərvər və qəhrəman oğulların sayəsində düşmən tapdağından azad olunduğunu vurğuladı. Valideynləri, şagirdləri və müəllimləri tədris ilinin uğurla başa çatması ilə əlaqədar təbrik edən Məhərrəm Quliyev məktəbin məzunu, Vətən Müharibəsi şəhidimiz Aslanov Rəşad Taryel oğlunun övladına son zəng ilə bağlı hədiyyə təqdim etdi.

Keçidlər