Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda icra başçısı şəhid atasını evində ziyarət etdi

20 may 2026 | 14:29

Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə Qarqucaq kəndindən şəhid Aslanov Rəşad Taryel  oğlunun atası Taryel Aslanovu əməliyyatdan sonra evində ziyarət etdilər. Görüş zamanı rayon rəhbəri şəhid atasının səhhəti ilə yaxından maraqlanaraq ona göstərilən tibbi xidmət və müalicə prosesi barədə məlumat aldı. Müalicəsinin davam etdirilməsi və sağlamlığının diqqətdə saxlanılması məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələr verdi. Ziyarət çərçivəsində şəhidimizin şəxsi əşyaları, fotoşəkilləri və döyüş yolunu əks etdirən guşəyə baxış keçirildi. Şəhid Rəşad Aslanovun Vətən uğrunda göstərdiyi şücaət və keçdiyi şərəfli döyüş yolu barədə danışıldı, onun əziz xatirəsinin daim ehtiramla yad olunduğu vurğulandı.

Keçidlər