Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda icra başçısı şəhid anasının müraciətini yerində araşdırdı

23 may 2026 | 14:17

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Zeyvə kəndində keçirilən səyyar qəbul zamanı şəhid Rəsulov Elxan Ayaz oğlunun anası Rəsulova Bahar Pöhrüz qızının yaşadığı fərdi yaşayış evinin təmiri ilə bağlı müraciəti əsasında aidiyyəti qurumların nümayəndələri ilə birgə evə baxış keçirdi, mövcud vəziyyət yerində araşdırıldı. Rayon rəhbəri müraciətin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verdi, məsələnin nəzarətdə saxlanılacağını bildirdi.

Keçidlər