Goranboyda icra başçısı şəhid anasını səhhəti ilə bağlı evində ziyarət etdi
29 yanvar 2026 | 17:30
Goranboy rayon İcra Haklimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, Muzdurlar kəndində Vətən Müharibəsi şəhidimiz mayor Məmmədov Əlövsət Əli oğlunun anası Xalidə Məmmədovanı səhhəti ilə bağlı evində ziyarət etdi. İcra Başçısı şəhid ailəsinin sosial qayğıları ilə maraqlandı, şəhid anasının müalicəsinin davam etdirilməsi məqsədilə müvafiq köməkliklərin göstəriləcəyini bildirdi.








