Goranboyda İcra Başçısı rayonun Goranlı kəndində şəhid və qazi atası İlqar Əliyevi evində ziyarət etdi.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Goranlı kəndindən Vətən Müharibəsi şəhidi İxtiyar İlqaroğlu və qazi Bəxtiyar İlqaroğlunun atası İlqar Əliyevi evində ziyarət etdi, səhhəti və müalicəsi ilə bir daha maraqlandı. Bildiririk ki, İlqar Əliyev bir müddət öncə, səhhətində yaranmış problemlə bağlı, rayon İcra Hakimiyyəti Başçısının tapşırığı ilə dərhal rayon Mərkəzi Xəstəxanasına aparılmış və ilkin tibbi yardım göstərilərək müalicəsinin davam etdirilməsi məqsədi ilə Bakı şəhərində Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilmişdi. Hazırda İlqar Əliyevin Goranlı kəndində, yaşadığı evdə müalicəsini davam etdirir. Şəhid və Qazi atasının müalicəsi müntəzəm olaraq, rayon rəhbərliyinin diqqətindədir.