Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda İcra Başçısı, rayonun əkin sahələrinin suvarılması işinin təşkili ilə bağlı, fermer və istehsalçılarla görüşdü, mövcud vəziyyətlə maraqlandı.

28 aprel 2023 | 09:54

Goranboy rayon icra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər  və aidiyyəti məsul vəzifəli şəxsləri ilə birgə, rayon Suvarma Sistemləri İdarəsində oldu. İcra Başçısı,  rayonda əkin sahələrinin suvarılması işinin təşkili və mövcud su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi  məqsədi ilə faktiki vəziyyətin bir daha öyrənilməsi, bu sahədə mövcud  çatışmazlıqların aradan qaldırılması istiqamətində operativ işlərin həyata keçirilməsi ilə bağlı, aparılan işlərlə yerində maraqlandı. Bununla bağlı, aidiyyəti üzrə idarəyə müraciət edən bir qrup vətəndaşları yerində dinləyən Məhərrəm Quliyev, məsul şəxslərə tapşırıq və tövsiyyələrini bildirdi.

Həmçinin İcra Başçısı, Goranboy şəhəri ərazisində aparılan və davam etdirilməsi nəzərdə tutulan  genişmiqyaslı yenidənqurma, tikinti, quruculuq və abadlıq işləri ilə bağlı, yerində maraqlandı, aidiyyəti şəxslərlə müvafiq məsləhətləşmələr apardı.

 

Keçidlər