Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda icra başçısı rayon ağsaqqalını yubileyi ilə bağlı evində ziyarət etdi

18 may 2026 | 14:44

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, rayon ağsaqqallar şurasının sədri, şuranın üzvləri və ictimai fəallar Rzayev Adil Xurşud oğlunu 70 illik yubileyi ilə bağlı evində ziyarət etdilər. Çay süfrəsi arxasında keçən səmimi görüşdə onu xoş arzuları ilə təbrik etdilər, sağlamlıq və firavanlıq arzuladılar. Rayon rəhbəri  Goranboy rayonunda təhsil sahəsində uzun müddət səmərəli fəaliyyətinə, rayonun ictimai həyatında fəal iştirakına görə və 70 illik yubileyi münasibəti ilə Adil Rzayevə icra başçısının fəxri fərmanını təqdim etdi. Bu cür səmimi görüşlər rayon rəhbərliyinin ağsaqqallara hörmətə və ənənələrimizin qorunmasına göstərdiyi diqqət və qayğının təzahürüdür.

Keçidlər