Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda İcra Başçısı pambıq sahələrində yığıma hazırlığın vəziyyəti ilə maraqlandı

23 sentyabr 2025 | 15:27

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyəti məsul şəxslərlə birgə, Qızılhacılı  qəsəbəsi  və Yeni Yol kəndi ərazisində becərilən pambıq sahələrində oldu, burada pambığın yığıma hazırlıq vəziyyəti, bu sahədə   görülən işlərlə yerində maraqlandı, bununla bağlı tapşırıq və tövsiyələrini bildirdi. Məlumat üçün bildiririk ki, rayonumuzda pambıqçılığın becərilməsi və tədarükü ilə bağlı “Azərpambıq” MMC, “Prime Cotton” MMC, “Goran-Cotton” MMC və "Azərşəkər" MMC  fəaliyyət göstərir. Cari ilin məhsulu üçün, 1983,3 hektar sahədə pambıq becərilmişdir. Hazırda mövsümi pambıq yığımına  hazırlıq işləri aparılır. Bu məqsədlə, laboratoriyaların və texnikaların pambıq yığımı dövrünə hazırlıq vəziyyəti ilə bağlı rayon İcra Hakimiyyəti və Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul şəxslərinin iştiakı ilə tədarükçü müəssisələrə yerində baxış keçirilmişdir.

Keçidlər