Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda icra başçısı pambıq qəbulu məntəqəsində oldu

22 noyabr 2025 | 13:19

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə, Dəliməmmədli şəhərində yerləşən “Goran-Cotton” MMC-nin pambıq emalı zavodunda oldu. İcra başçısı qəbul məntəqəsində pambığın qəbulu və emalı prossesini yaxından izlədi, pambığın vaxtında və itkisiz yığımının təşkili, bu sahədə yarana biləcək problemlərin əvvəlcədən aradan qaldırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi. Məlumat üçün bildiririk ki, 2025-ci ilin məhsulu üçün rayonumuzda 1983.3 hektar ərazidə pambıq becərilmiş və bu günə qədər 4800 ton xam  pambıq məhsulu yığılaraq müvafiq pambıq məntəqələrinə təhvil verilmişdir.

Keçidlər