Goranboyda İcra Başçısı Nizami kənd uşaq bağçasında mövcud problemlərlə yerində maraqlandı.
11 avqust 2023 | 14:56
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslər və bir qrup yerli ağsaqqallarla birgə, Nizami kənd uşaq bağçasında oldu. İcra Başçısı bağçanın mövcud problemləri ilə maraqlandı, bağçanın cari təmiri, su təminatı və sanitar qovşaqla bağlı çatışmazlıqların aradan qaldırılması, uşaqların qida təminatında və təlim-tərbiyə prossesində lazımi tələblərə əməl olunması məsələləri ilə bağlı, aidiyyəti məsul şəxslərə və xidmət sahələri rəhbərlərinə tapşırıq və tövsiyyələrini bildirdi.