Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda İcra Başçısı Nizami kənd tam orta məktəbində aparılan cari təmir-bərpa işləri ilə yerində tanış oldu.

16 avqust 2023 | 12:37

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərlə birgə, 300 şagird yerlik Nizami kənd tam orta məktəbində aparılan cari təmir-bərpa işləri ilə yerində tanış oldu. İcra Başçısı, təmir-bərpa işlərini həyata keçirən işçi qrupunun nümayəndələri ilə görüşdü, işlərin həyata keçirilməsində aidiyyəti xidmət sahələri tərəfindən müvafiq dəstəyin göstərilməsi, həmçinin əlavə olaraq, məktəbin həyətində və ətrafında abadlıq işlərinin aparılması ilə bağlı, tapşırıq və tövsiyyələrini bildirdi.

Keçidlər