Goranboyda İcra Başçısı “MKT İstehsal Kommersiya” MMC-nin pambıq qəbulu məntəqəsində oldu
20 noyabr 2024 | 10:04
Məlumat üçün bildiririk ki, rayonumuzda pambıqçılığın becərilməsi və tədarükü ilə bağlı, “MKT İstehsal Kommersiya” MMC, “Azərpambıq” MMC və “Goran-Cotton” MMC fəaliyyət göstərir. Cari ilin məhsulu üçün, 1450 hektar sahədə pambıq becərilmişdir. Hazırda pambıq yığımı işləri aparılır və 20 noyabr 2024-cü il tarixə 2900 tona yaxın məhsul toplanaraq, aidiyyəti üzrə qəbul məntəqələrinə təhvil verilmişdir. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyəti məsul şəxslərlə birgə, “MKT İstehsal Kommersiya” MMC-nin Goran qəsəbəsi ərazisində fəaliyyət göstərən pambıq qəbulu məntəqəsində oldu, pambığın qəbulu və saxlanılması vəziyyəti ilə maraqlandı.