Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda icra başçısı körpələr evi-uşaq bağçasında oldu

29 iyul 2026 | 16:57

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Qazanbulaq qəsəbəsində fəaliyyət göstərən körpələr evi-uşaq bağçasına baş çəkərək, müəssisədə yaradılmış şəraitlə yaxından tanış oldu.
Daha sonra rayon rəhbəri bağçanın infrastrukturuna və mövcud vəziyyətinə baxış keçirdərək mövcud çatışmazlıqlarla yerində maraqlandı, promlemlərin qısa zamanda aradan qaldırılması üçün aidiyyəti xidmət sahələrinin rəhbərlərinə konkret tapşırıq və tövsiyələr verdi.
Sonda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan tədbirlərin hazırlanması və keçirilməsində göstərdiyi səmərəli fəaliyyətə görə Qazanbulaq qəsəbə körpələr evi–uşaq bağçasının kollektivinə Rayon İcra Hakimiyyəti başçısının təşəkkürnaməsi təqdim olundu.

Keçidlər