Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda İcra Başçısı Kəpəz yaylağına köç etmiş qoyunçuluq təsərrüfatlarında oldu.

24 iyul 2023 | 11:33

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, rayonun Kəpəz yaylağı ərazilərinə köç etmiş qoyunçuluq təsərrüfatlarında oldu, burada qoyunçuluqla  məşğul olan təsərrüfat sahibləri və çobanlarla görüşdü. Onlarla səmimi söhbət edən İcra başçısı heyvanların saxlanma şəraiti ilə tanış oldu, buradakı insanların problemləri ilə maraqlandı. Məhərrəm Quliyev heyvanlara vaxtında baytarlıq xidmətlərinin, o cümlədən vaksinasiya tədbirlərinin aparılması ilə bağlı, tapşırıq və tövsiyələrini bildirdi.

Keçidlər