Goranboyda icra başçısı kənd təsərrüfatı texnikaları istehsal olunan zavodda oldu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurla icrasının təmin edilməsi, aqrar sahədə fəaliyyət göstərən təsərrüfatların mövcud vəziyyətinin yerində öyrənilməsi, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə görülən işlərin qiymətləndirilməsi və bu sahədə fəaliyyət göstərən sahibkarlarla birbaşa təmasların gücləndirilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Muzdurlar kəndində yerləşən “Süd Bulağı” MMC-yə məxsus zavodda oldu. Təsərrüfatla tanışlıq zamanı rayon rəhbərinə müəssisənin fəaliyyəti, barədə ətraflı məlumat verilərək bildirildi ki, müəssisədə kənd təsərrüfatı texnikaları, lazer mala, diskli mala, dişli mala və müxtəlif ferma avadanlıqları istehsal olunur. Müəssisənin istehsal sahələrinə baxış keçirən Məhərrəm Quliyev rayonda sənaye və aqrar sahənin inteqrasiyasının gücləndirilməsi baxımından belə müəssisələrin fəaliyyətini yüksək qiymətləndirərək yerli istehsalın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və rəqabətqabiliyyətli məhsulların istehsalı ölkədə qeyri-neft sektorunun inkişafına mühüm töhfə verdiyini, müəssisədə istehsal olunan məhsulların keyfiyyət göstəricilərinin artırılması və istehsal gücünün daha da genişləndirilməsi istiqamətində həyata keçirilən işlərin təqdirəlayiq olduğunu vurğuladı. Rayon rəhbəri müəssisənin istehsal etdiyi məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması, yeni bazarlara çıxış imkanlarının araşdırılması və gələcəkdə dünya bazarında Azərbaycan istehsalçısı kimi tanınmasının vacibliyini diqqətə çatdıraraq bildirdi ki, yüksək keyfiyyətli və rəqabətədavamlı məhsulların istehsalı müəssisənin beynəlxalq bazarlarda mövqeyinin möhkəmlənməsinə və ölkənin ixrac potensialının artırılmasına xidmət edəcəkdir. Sonda müəssisənin rəhbəri Əkbərzadə Fərid Vilayət oğlu aqrar sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.








