Goranboyda İcra Başçısı, Kəhrizli kəndində Qazimiz üçün inşa edilən fərdi yaşayış evinin tikintisinin dayındırılması ilə bağlı, ünvanladığı müraciətini yerində araşdırdı.
25 sentyabr 2023 | 12:29
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, Kəhrizli kəndində Vətən Müharibəsi qazisi Məmmədov Vasif Həsən oğlunun mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi tərəfindən inşa edilən fərdi yaşayış evində oldu. İcra Başçısı, Qazi ailəsinin sosial qayğıları ilə maraqlandı, tikinti işlərinin tam başa çatdırılması ilə bağlı, aidiyyəti üzrə müraciət edilməsi üçün, məsul şəxslərə tapşırıq və tövsiyyələrini bildirdi.