Goranboyda İcra Başçısı iki övladı Şəhid olmuş atanı evində ziyarət etdi.
10 iyun 2022 | 14:42
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və bir qrup ağsaqqallarla birgə, Xan Qərvənd kəndində iki oğlunu 1-ci Qarabağ savaşında Vətən uğrunda şəhid vermiş Nürəddin Qarayevi evində ziyarət etdi, ailənin sosial qayğıları ilə maraqlandı. İcra Başçısı Şəhid atasına, heyvandarlığın inkişafı məqsədi ilə dövlət fonduna aid 100 ha örüş sahəsinin icarəyə verilməsi barədə bağlanmış müqavilə sənədlərini evində təqdim etdi.