Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda İcra Başçısı fərdi yaşayış evi yanan vətəndaşa baş çəkdi.

14 mart 2024 | 11:16

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev,  rayonun digər rəhbər şəxsləri ilə birgə, Qızılhacılı qəsəbəsində fərdi yaşayış evi  yanan 1-ci Qarabağ müharibəsi veteranı  Məmmədov Elnur Vəli  oğlunun evinə yerində baxış keçirdi. İcra Başçısı, evi yanan qəsəbə sakininin sosial qayğıları ilə maraqlandı,  evə dəymiş ziyanın  müəyyən edilməsi və  müvafiq  köməkliyin göstərilməsi ilə bağlı, aidiyyəti məsul şəxslərə tapşırıq və tövsiyyələrini bildirdi.

Keçidlər