Goranboyda icra başçısı bir qrup şəhid ailələri ilə görüşdü
14 aprel 2026 | 14:19
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bir qrup şəhid ailələri ilə görüşdü. Görüş zamanı şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi. Rayon rəhbəri onların sosial qayğıları ilə maraqlandı və dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. İcra başçısı çıxışında şəhidlərimizin vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçdiyini qeyd edərək onların ailələrinin bizim üçün ən əziz insanlar olduğunu vurğuladı. Dövlətimizin hər zaman onların yanında olduğunu bildirdi. Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.








