Goranboyda icra başçısı “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və 2026-cı ilin gəlişi münasibətilə şəhid anasını evində ziyarət etdi.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və bir qrup ictimai fəallarla birgə, Tatarlı kəndində 1-ci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Ocaqverdiyev Sərxan Surxay oğlunun ailəsinə məxsus fərdi yaşayış evində Tatarlı və Səfikürd kəndlərindən olan şəhid ailələri ilə görüş keçirdi. Şəhid ailələri ilə səmimi söhbət edən icra başçısı onların sosial qayğıları ilə maraqlandı, müraciət və təkliflərini dinlədi, qarşıdan gələn bayramlar münasibəti ilə təbrikini çatdırdı. Şəhid, Milli Qəhrəman anası Gülzar Ocaqverdiyeva, şəhid ailələri və qazilərə göstərilən yüksək diqqət və qaygıya görə, Möhtərəm Przident cənab İlham Əliyevə və birinci Vitse-prezident hörmətli Mehriban xanıma təşəkkürünü bildirdi.








