Goranboyda “İcma əsaslı psixi sağlamlıq və psixososial dəstək xidmətlərinin təşkili üzrə potensialın artırılması” layihəsi çərçivəsində təlimlər keçirilir.
03 avqust 2023 | 14:39
Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı və UNICEF-in dəstəyi ilə “Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində “İcma əsaslı psixi sağlamlıq və psixososial dəstək xidmətlərinin təşkili üzrə potensialın artırılması” layihəsi çərçivəsində Goranboy rayonunda Vətən müharibəsinin mümkün psixoloji zərərlərinin azaldılması məqsədi ilə şəhər, qəsəbə və kəndlərdə fəaliyyət göstərən psixoloqlar, sosial işçilər və psixoloji xidmətlə əlaqəli məsul şəxslər üçün təlimlər keçirilir. Təlimlərdə 20 nəfərdən çox psixoloq və sosial işçi iştirak edir.